Bakı. 27 noyabr. REPORT.AZ/ "Rusiya kimi bir dövlətlə münasibətlərdə ciddi problemin yaşanmasını istəmirdik". "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan "France-24" xəbər kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Moskva ilə əlaqələrdə böhranın baş verməsində maraqlı deyil.
"Əfsuslar olsun ki, yaşanan hadisə baş verdi. Ancaq biz olanları gərginlik mənbəyi hesab etmirik. Dövlətlərimiz əl sıxışmalıdır və əməkdaşlığı davam etdirməlidir", - deyə Ərdoğan vurğulayıb.