Ərdoğan: ”Kimlər ki, bizim dostlarımız hesab edilir, onlar əsgərlərini PYD hərbi geyimində Suriyaya göndərə bilməzlər”

Ərdoğan: ”Kimlər ki, bizim dostlarımız hesab edilir, onlar əsgərlərini PYD hərbi geyimində Suriyaya göndərə bilməzlər” Türkiyənin dövlət başçısı ABŞ-ın PYD-ni dəstəkləməsinə narazılıq edib
Digər ölkələr
28 May , 2016 23:23
Ərdoğan: ”Kimlər ki, bizim dostlarımız hesab edilir, onlar əsgərlərini PYD hərbi geyimində Suriyaya göndərə bilməzlər”

Bakı. 28 may. REPORT.AZ/ "Kimlər ki, dostlarımız hesab edilir və bizimlə birlikdə NATO-nun üzvüdür, onlar öz əsgərlərini PYD hərbi geyimində Suriyaya göndərə bilməzlər və göndərməməlidirlər". “Report” “Assoşieyted Press” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin dövlət başçısı ABŞ-ın PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-ni dəstəkləməsinə kəskin narazılığını bildirib.

Qeyd edək ki, ABŞ PKK-nın Suriyadakı qolu PYD-ə dəstək verir. Türkiyə prezidenti isə Birləşmiş Ştatları tənqid edərək ABŞ-ı Türkiyə ilə terrorçu təşkilat arasında seçim etməyə çağırıb.

Lakin rəsmi Vaşinqton PYD-ni terrorçu təşkilat kimi tanımaqdan imtina edir.  

Son xəbərlər

Orphus sistemi