Ərdoğan: "Fəratın şərq sahillərini terror təşkilatlarından təmizləyəcəyik"

Ərdoğan: "Fəratın şərq sahillərini terror təşkilatlarından təmizləyəcəyik" Türkiyə Silahlı Qüvvələrinin Barış pınarı əməliyyatı Suriyanın kürd əhalisinə qarşı yox, bu ölkədəki terror təşkilatlarına qarşı yönəldilib.
Digər ölkələr
12 Oktyabr , 2019 02:51
Ərdoğan: Fəratın şərq sahillərini terror təşkilatlarından təmizləyəcəyik

"Türkiyə Silahlı Qüvvələrinin "Barış pınarı" əməliyyatı Suriyanın kürd əhalisinə qarşı yox, bu ölkədəki terror təşkilatlarına qarşı yönəldilib".

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə hərbçiləri Suriyaya bu ölkəni parçalamaq üçün yox, orada yaşayan əhalinin, onların haqlarının müdafiəsi üçün gediblər.

"Türkiyənin İraqın və Suriyanın şimalındakı əməliyyatları bu ölkələrin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı yönəldilməyib", - deyə prezident bildirib.

"Biz Fəratın şərq sahillərini terror təşkilatlarından təmizləyəcəyik, necə ki bunu Fəratın qərbində etdik. Cənub sərhədlərimizin təhlükəsizliyini, həmçinin suriyalıların vətənə təhlükəsiz qayıdışını təmin edək", - deyə Ərdoğan əminliyi ifadə edib.

Son xəbərlər

Orphus sistemi