Ərdoğan: "Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil"

Ərdoğan: "Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil" Türkiyə prezidenti digər ölkələri Suriya xalqına kömək etməyə çağırıb
Digər ölkələr
26 Aprel , 2017 05:55
Ərdoğan: Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil

Bakı. 26 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Bəşər Əsəd ölkənin başında durduqca Suriya münaqişəsini həll etmək mümkün deyil.

"Report" xəbər verir ki, bu barədə "Reuters"ə istinadən RİA "Novosti" məlumat yayıb.

"Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil. Həll variantının ortaya çıxması üçün Suriyanı Əsəddən azad etmək lazımdır", – deyə Türkiyə prezidenti bildirib.

O əlavə edib ki, Suriya prezidenti Yaxın Şərq ölkələrində qaçqınlarla bağlı mürəkkəb vəziyyətin yaranmasına səbəb olan amillərdən biridir. Ərdoğan, həmçinin digər ölkələri Suriya xalqına özünün qərar verməsinə və yeni liderini seçməsinə kömək etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi