Ərdoğan daha bir milyon suriyalı qaçqının ölkəsinə geri göndəriləcəyini açıqlayıb

Ərdoğan daha bir milyon suriyalı qaçqının ölkəsinə geri göndəriləcəyini açıqlayıb “İndiyədək 600 minə yaxın suriyalı qaçqın ölkəsinə geri qaytarılıb, bu siyahıya daha bir milyon insan əlavə ediləcək”.
Digər ölkələr
19 Sentyabr , 2023 11:20
Ərdoğan daha bir milyon suriyalı qaçqının ölkəsinə geri göndəriləcəyini açıqlayıb
Rəcəb Tayyib Ərdoğan

“İndiyədək 600 minə yaxın suriyalı qaçqın ölkəsinə geri qaytarılıb, bu siyahıya daha bir milyon insan əlavə ediləcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ telekanalına açıqlamasında deyib.

Bildirilib ki, bu proses Suriyada hazırda tikilməkdə olan daimi yaşayış evlərinin başa çatdırılması ilə icra olunacaq.

Türkiyə Prezidenti ölkəsinin dünyada ən çox qaçqına ev sahibliyi etməsinə də diqqət çəkib: “Dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə olaraq suriyalı qaçqınların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə geri qayıtmalarını təşviq etmişik. Orada tikilməkdə olan daimi yaşayış yerlərinin başa çatdırılması ilə geri qaytarılan qaçqınların sayına daha 1 milyon insan əlavə olunacaq. Lakin biz görürük ki, ölkələrin bu sahələrdə fərdi səyləri yetərli deyil və beynəlxalq həmrəyliyin artırılmasına ehtiyac var”.

Ərdoğan qlobal güc rəqabətinin beynəlxalq sistemə vurduğu zərərdən narahatlıq duyduqlarını da söyləyib: “Qaydalara əsaslanan, ədalətli beynəlxalq nizamı müdafiə edirik. Bu kontekstdə hesab edirik ki, Təhlükəsizlik Şurası başda olmaqla Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlarda bu günün tələblərinə cavab verəcək şəkildə islahat aparılmalıdır. BMT-nin Baş katibi də bu yaxınlarda bu məqama toxunaraq “İkinci Dünya müharibəsindən sonra qurulan çoxtərəfli qurumlar bugünkü dünyanı əks etdirmir” deyə bildirdi. O, xüsusilə BMT Təhlükəsizlik Şurasında daha çox nümayəndəliyin olması zəruriliyinə diqqət çəkdi. Bu baxış bizim çoxdan ifadə etdiyimiz “Dünya beşdən böyükdür” qənaətimizi təsdiqləyir”.

Son xəbərlər

Orphus sistemi