Yuxarı

Ərdoğan: "2015-ci ilin iyulundan bu günə kimi Türkiyədə 7600 nəfər PKK üzvü məhv edilib"

PKK ilə toqquşmalarda 480 nəfərdən artıq hərbçi və polis əməkdaşı şəhid olub

Bakı. 8 iyun. REPORT.AZ/ Türkiyənin güc strukturları 2015-ci ilin iyul ayından bu günə kimi Türkiyədə PKK terror təşkilatının 7600 nəfər üzvünü məhv edib. "Report"un NTV telekanalına istinadən verdiyi məlumata görə, bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bizim təhlükəsizlik qüvvələri 2015-ci ilin 20 iyulundan ölkə daxilində və onun hüdudlarından kənarda 7600 terrorçunu məhv edib. Separatçı PKK terror təşkilatı tarixində ən böyük məğlubiyyətə uğrayıb" – deyə Ərdoğan güc strukturları nümayəndələrinin, kürd terrorçuları ilə toqquşmalarda həlak olanların ailə üzvləri qarşısında çıxış edərkən qeyd edib.

2015-ci ilin iyulunda əməliyyatların bərpasından sonra Türkiyədə PKK terrorçuları ilə toqquşmalarda 480 nəfərdən artıq hərbçi və polis əməkdaşı həlak olub. 

Bir qədər əvvəl isə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı bu müddət ərzində 5 min nəfərə yaxın kürd terrorçusunun məhv edilməsi barədə məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi