"​Emosional" robot ofis işçisi olacaq

"​Emosional" robot ofis işçisi olacaq Süni intellektin icarəsi ayda 440 dollara başa gələcək
Digər ölkələr
2 Avqust , 2015 07:31
​Emosional robot ofis işçisi olacaq

Bakı. 2 avqust. REPORT.AZ/ SoftBank oktyabrın 1-dən biznes üçün nəzərdə tutulmuş "Pepper for Biz" adlı emosional robotun yeni versiyasına sifarışləri qəbul edəcək. Süni intellektin icarəsi ayda 440 dollara başa gələcək.

"Report" "TechCrunch"a istinadən xəbər verir ki, müəssisələrlə üçillik müqavilə bağlanacaq. Robotu icarəyə götürmək istəyən şirkət 15 min 940 dollar pul ödəməli olacaq.

SoftBank istehsalçı şirkətin təmsilçisinin sözlərinə görə, "Pepper for Biz" sənayə məqsədləri üçün nəzərdə tutulmayıb. Ehtimal olunur ki, o, yalnız istehlakçı xidmətlərini təklif edən müəssisələr və ya pərakəndə satış mağazaları üçün yaradılıb. Məlumdur ki, "Pepper" Yaponiyanın "Nestle2 mağazalarında kofe maşınlarının satışını həyata keçirib.

Xatırladaq ki, "Pepper" robotu Yaponianın SoftBank şirkəti tərəfindən hazırlanıb və 2014-cü ilin yayında ictimaiyyətə təqdim edilib. Kütləvi informasiya vasitələri insan emosiyalarını oxumaq qabiliyyətinə görə onu "emosional" robot adlandırıb.

Son xəbərlər

Orphus sistemi