Emomali Rahmon yenidən rəsmən Tacikistan prezidenti seçilib

Emomali Rahmon yenidən rəsmən Tacikistan prezidenti seçilib Tacikistanın Mərkəzi Seçki Komissiyası oktyabrın 11-də keçirilmiş prezident seçkilərinin son nəticələrini təsdiqləyib.
Digər ölkələr
2381
15 Oktyabr , 2020 05:59
Emomali Rahmon yenidən rəsmən Tacikistan prezidenti seçilib
Emomali Rahmon

Tacikistanın Mərkəzi Seçki Komissiyası oktyabrın 11-də keçirilmiş prezident seçkilərinin son nəticələrini təsdiqləyib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, qərarın mətnini "Xovar" dövlət informasiya agentliyi dərc edib.

Səsvermənin nəticələrinə əsasən hazırkı dövlət başçısı Emomali Rahmon 90,92 faiz səslə qələbə qazanıb.

"Tacikistan Respublikasının Seçkilər və Referendum üzrə Mərkəzi Komissiyası qərar verir: Tacikistan Respublikası Prezidentinin seçkiləri baş tutmuş hesab edilsin. Seçkilərin son nəticələrinə görə, Emomali Rahmon səsvermədə iştirak edən seçicilərin 90,92 faizinin - 3 853 987 səsini toplayaraq Tacikistan Respublikasının seçilmiş Prezidenti sayılır", - sənəddə deyilir.

Son xəbərlər

Orphus sistemi