Emmanuel Makronun səfəri zamanı şəhərdə atışma olub, bir nəfər yaralanıb

Emmanuel Makronun səfəri zamanı şəhərdə atışma olub, bir nəfər yaralanıb Naməlum şəxs bir nəfərə kürəyindən atəş açıb
Digər ölkələr
19 Aprel , 2021 16:43
Emmanuel Makronun səfəri zamanı şəhərdə atışma olub, bir nəfər yaralanıb

Fransanın Monpelye şəhərində naməlum şəxs atəş açıb və hadisə yerindən qaçaraq gizlənib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə aprelin 19-da günü birinci yarısında şəhərin mərkəzində yerləşən Beaux-Arts rayonunda baş verib.

Naməlum şəxs bir nəfərə kürəyindən atəş açıb. Ağır yaralanan 30 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Polis atəş açan şəxsin axtarışlarına başlayıb.

Məlumata görə, Fransa prezidenti Emmanuel Makron adıçəkilən şəhərdə səfərdədir. Onu daxili işlər naziri Jerald Darmenenin müşayiət edir.

Son xəbərlər

Orphus sistemi