Emmanuel Makronun Fransa prezidenti seçilməsinin 100 günü tamam olub

Emmanuel Makronun Fransa prezidenti seçilməsinin 100 günü tamam olub Onun 18 ay ərzində sosial islahatlarla bağlı həyata keçirəcəyi mövcud paket də müzakirə olunan məsələlərdəndir
Digər ölkələr
15 Avqust , 2017 12:35
Emmanuel Makronun Fransa prezidenti seçilməsinin 100 günü tamam olub

Bakı. 15 avqust. REPORT.AZ/ Fransada Emmanuel Makronun prezidentliyinin 100 günlüyünün yekunu müzakirə edilir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı maliyyəçinin Fransa prezidenti olmasından 100 gün keçir.

Onun siyasi, iqtisadi, maliyyə və başqa sahələrdə gördüyü və görəcəyi işlərlə bağlı fikirlər bildirilir.

Onun rəhbərliyi altında yaxın 18 ay ərzində sosial islahatlarla bağlı həyata keçiriləcək mövcud paket də müzakirə olunan məsələlərdəndir.

E.Makronun avqustun 28-31-də Parisdə keçiriləcək “Səfirlər həftəsi”ndə (Fransanın xarici ölkələrdəki səfirləri ilə görüş) xarici siyasət kursu və ölkə həyatının başqa sahələrini əhatə edən məsələlər barədə ətraflı çıxışı ehtimal olunur.

Qeyd edək ki, bu il mayın 8-də Fransada keçirilən prezident seçkisinin II turunda "İrəli" hərəkatının lideri Emmanuel Makron 66,06 faiz seçici səsi toplayaraq qalib gəlib.

Onun rəqibi olmuş "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen 33,94 faiz seçici səsi toplayıb.

Son xəbərlər

Orphus sistemi