Yuxarı
    Bağlamaq

    Emmanuel Makron Fransa prezidenti kimi ilk səfərini Almaniyaya edəcək

    Silvi Qular: Makron Berlinə getməmişdən əvvəl Fransa qoşunlarının ölkə xaricində fəaliyyət göstərən bölmələrinə baş çəkə bilər

    Bakı. 8 may REPORT.AZ/ Almaniya yenicə Fransa prezidenti seçilmiş Emmanuel Makronun səfər edəcəyi ilk ölkə olacaq.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatı "CNews" telekanalının efirində avrodeputat və "Demokratik Hərəkat" partiyasının nümayəndəsi Silvi Qular da təsdiqləyib.

    O, həmçinin Makronun Berlinə getməmişdən əvvəl Fransa qoşunlarının ölkə xaricində fəaliyyət göstərən bölmələrinə baş çəkə biləcəyini də əlavə edib. Qeyd edək ki, E.Makron seçki kampaniyası zamanı belə addımı istisna etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi