Yuxarı
    Bağlamaq

    Əmmanda səkkiz nəfər pirotexnika partlayışının qurbanı olub

    Hadisə Əmmanda gömrük anbarının yerləşdiyi ərazidə baş verib

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Əmmanda içində pirotexnik məmulatlar olan iki konteynerin partlaması nəticəsində səkkiz nəfər ölüb, on iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu məlumatı İordaniya Mülki Müdafiə İdarəsinin mətbuat xidməti yayıb. Zərərçəkənlər paytaxt xəstəxanalarına çatdırılıb.

    Hadisə Əmmanda gömrük anbarının yerləşdiyi ərazidə baş verib. Güclü partlayış nəticəsində onlarla avtomobilə ziyan dəyib.

    Hadisə yerinə İordaniyanın Baş naziri Abdulla Ansur, daxili işlər naziri, Mülki Müdafiə İdarəsinin baş direktoru və krallığın digər məmurları gəliblər. Baş nazir A.Ansur hadisənin istintaqı üzrə komissiya yaratmaq barədə qərar qəbul edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi