Bakı. 12 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyinin “Emirates” və “FlyDubai” hava şirkətləri İraq üzərindən uçuşları bərpa edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı şirkətlər açıqlama yayıb.
Qeyd edək ki, 2014-cü ildə bir neçə hava şirkəti Avropa və ABŞ istiqamətində İraq üzərindən uçuşları dayandırmışdı. Dekabrın 10-da İraqın baş naziri Heydər əl-İbadi ölkəsinin İŞİD-dən təmizləndiyini bildirib.