Bakı. 30 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin "Emirates Airlines" aviaşirkəti ABŞ prezidenti Donald Trampın ölkənin miqrasiya qanunvericiliyini sərtləşdirən fərmanından sonra bu ölkəyə uçan təyyarələrinin heyət üzvlərinin tərkibinə yenidən baxıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
"Biz son tələblərə cavab vermək üçün heyət üzvlərinin tərkibinə zəruri düzəlişlər etdik", - deyə şirkətdən bildirilib.
ABŞ-a planlaşdırılan bütün reyslər cədvəl üzrə yerinə yetirilir.
"Emirates Airlines" hər gün ABŞ-ın 11 şəhərinə uçuşlar həyata keçirir.
ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.