Yuxarı
    Bağlamaq

    Əminə Məhəmməd BMT baş katibinin birinci müavini vəzifəsinin icrasına başlayıb

    Birinci müavin yoxsulluğa qarşı mübarizəni, gənclər üçün imkanların yaradılmasını və s. birinci dərəcəli vəzifə adlandırıb

    Bakı. 1 mart. REPORT.AZ/ "BMT-nin yeni rəhbərliyi yalnız təşkilata üzv ölkələrlə daha sıx işləmək niyyətində deyil, həm də bu prosesdə iştirak və ona başçılıq etmək niyyətindədir.

    "Report" BMT Radiosuna istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatı baş katibinin birinci müavini vəzifəsinin icrasına başlayan Əminə Məhəmməd Nyu-Yorkda jurnalistlər qarşısında çıxış edərkən deyib.

    O, yeni rəhbərliyin prioritet vəzifələrini də qeyd edib. Baş katibin birinci müavini yoxsulluğa qarşı mübarizəni, gənclər üçün imkanların yaradılmasını və gender bərabərliyini birinci dərəcəli vəzifə adlandırıb.

    Qeyd edək ki, Əminə Məhəmməd bu vəzifəyədək Nigeriyanın ətraf mühit naziri vəzifəsinin səlahiyyətlırini icra edirdi. O, əvvəllər Nigeriya prezidentinin müşaviri olub, həmçinin Nyu-Yorkda Kolumbiya universitetində dərs deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi