KİV: İŞİD-in 40 rəhbəri ABŞ-ın köməyi ilə həbsxanadan qaçırılıb

KİV: İŞİD-in 40 rəhbəri ABŞ-ın köməyi ilə həbsxanadan qaçırılıb Bakı. 27 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasının 40 rəhbəri ABŞ hərbçilərinin köməyi ilə Talibanın Əfqanıstandakı həbsxanasından qaçırılıb.
Digər ölkələr
27 Yanvar , 2019 19:14
KİV: İŞİD-in 40 rəhbəri ABŞ-ın köməyi ilə həbsxanadan qaçırılıb

Bakı. 27 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasının 40 rəhbəri ABŞ hərbçilərinin köməyi ilə "Taliban"ın Əfqanıstandakı həbsxanasından qaçırılıb.

Bu barədə "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir.

Agentliyin mənbəyə istinadən yaydığı xəbərdə bildirilir ki, hadisə ölkənin cənub-qərbində baş verib. Məlumata görə, əməliyyat iki həftə əvvəl keçirilib. 

Daha əvvəl bildirilirdi ki, ABŞ və "Taliban" xarici qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı layihəni razılaşdırıb.

Son xəbərlər

Orphus sistemi