Emanuel Makron yanında bayılan əsgərə köməyə gəlib - VİDEO

Emanuel Makron yanında bayılan əsgərə köməyə gəlib - VİDEO Bakı. 26 dekabr. REPORT.AZ/ Fransa Prezidenti Emanuel Makronun Çad Respublikasında yerləşdirilən fransız hərbçilərini Milad bayramı münasibətilə təbrik etmək üçün ötən şənbə günü bu ölkəyə səfəri maraqlı hadisə ilə də yadda qalıb.
Digər ölkələr
26 Dekabr , 2018 12:31
Emanuel Makron yanında bayılan əsgərə köməyə gəlib - VİDEO

Bakı. 26 dekabr. REPORT.AZ/ Fransa Prezidenti Emanuel Makronun Çad Respublikasında yerləşdirilən fransız hərbçilərini Milad bayramı münasibətilə təbrik etmək üçün ötən şənbə günü bu ölkəyə səfəri maraqlı hadisə ilə də yadda qalıb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, təntənəli mərasimdə Fransa dövlət himni səsləndirirkən E.Makronun yanında tribunada duran əsgərlərdən biri bayılıb. Bu zaman ətrafdakılarla yanaşı, Ali qonaq da halı pisləşən gəncə köməyə gəlib.

Son xəbərlər

Orphus sistemi