Elçin Əmirbəyov yaponiyalı nazirlə Cənubi Qafqazda postmünaqişə dövründəki vəziyyəti müzakirə edib

Elçin Əmirbəyov yaponiyalı nazirlə Cənubi Qafqazda postmünaqişə dövründəki vəziyyəti müzakirə edib Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Yaponiyanın xarici işlər üzrə dövlət naziri Yamada Kenci ilə Cənubi Qafqazda postmünaqişə dövründəki vəziyyəti və sülh quruculuğunu müzakirə edib.
Digər ölkələr
30 Mart , 2023 12:42
Elçin Əmirbəyov yaponiyalı nazirlə Cənubi Qafqazda postmünaqişə dövründəki vəziyyəti müzakirə edib

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Yaponiyanın xarici işlər üzrə dövlət naziri Yamada Kenci ilə Cənubi Qafqazda postmünaqişə dövründəki vəziyyəti və sülh quruculuğunu müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə tvitterdə paylaşım edib.

Qeyd olunub ki, tərəflər həmçinin Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi