Əlcəzairin sabiq prezidenti Əbdüləziz Buteflika vəfat edib

Əlcəzairin sabiq prezidenti Əbdüləziz Buteflika vəfat edib Əlcəzairin keçmiş prezidenti, ölkəyə 1999-cu ildən 2019-cu ilə qədər başçılıq etmiş Əbdüləziz Buteflika dünyasını dəyişib.
Digər ölkələr
18 Sentyabr , 2021 03:09
Əlcəzairin sabiq prezidenti Əbdüləziz Buteflika vəfat edib
Əbdüləziz Buteflika

Əlcəzairin keçmiş prezidenti, ölkəyə 1999-cu ildən 2019-cu ilə qədər başçılıq etmiş Əbdüləziz Buteflika dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Əlcəzairin TV1 dövlət telekanalı bildirib.

Qeyd edilir ki, o, 85 yaşında vəfat edib.

"Əlcəzairin keçmiş prezidenti Əbdüləziz Buteflika öldü", - telekanal prezident dəftərxanasının bəyanatından sitat gətirib.

Qeyd edək ki, 2019-cu ilin fevralında Əlcəzairdə Buteflikanın prezident seçkilərində iştirakına qarşı kütləvi etiraz aksiyaları başlayıb. Etirazlar zamanı 183 nəfər yaralanıb, 195 nəfər saxlanılıb. Martın 11-də Əlcəzair hökuməti ölkədə kütləvi etirazlar fonunda istefaya gedib. Buteflika isə apreldə vəzifəsindən ayrılıb. 

Son xəbərlər

Orphus sistemi