Əlcəzairdə siyasi sistemin tam dəyişdirilməsi tələbi ilə tələbə marşları keçirilib

Əlcəzairdə siyasi sistemin tam dəyişdirilməsi tələbi ilə tələbə marşları keçirilib Bazar günü Əlcəzairin bir sıra əyalətlərində hazırki siyasi sistemin tam dəyişdirilməsi tələbi ilə dinc tələbə marşları keçirilib.
Digər ölkələr
15 Aprel , 2019 02:59
Əlcəzairdə siyasi sistemin tam dəyişdirilməsi tələbi ilə tələbə marşları keçirilib

Bazar günü Əlcəzairin bir sıra əyalətlərində hazırki siyasi sistemin tam dəyişdirilməsi tələbi ilə dinc tələbə marşları keçirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Algerie Press Service" məlumat yayıb.

Küçə aksiyaları, xüsusilə, Oran, Əl-Tarf, Şlef, Tebessa əyalətlərində baş tutub. Tələbələrin əsas tələbi uzun illər hakim rejimin rəmzləri olan şəxslərin - müvəqqəti prezident Əbdülqədir Binsaleh, baş nazir Nurəddin Bedui, Konstitusiya Məhkəməsinin rəhbəri Tayib Belaiz, həmçinin hakim "Milli Azadlıq Cəbhəsi" partiyası rəhbərlərinin hakimiyyətdən dərhal getmələri olub.

Fəallar tələbləri yerinə yetirilməyincə dinc aksiyaların davam etdiriləcəyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi