Əlcəzairdə infeksiya 10 mindən çox şəxsin ölümünə səbəb oldu

Əlcəzairdə infeksiya 10 mindən çox şəxsin ölümünə səbəb oldu Əlcəzairdə 115 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Digər ölkələr
7 İyun , 2020 02:14
Əlcəzairdə infeksiya 10 mindən çox şəxsin ölümünə səbəb oldu

Əlcəzairdə 115 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə koronavirusun yayılmasının monitorinqini aparan hökumətin elmi komitəsi bəyanat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 10 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 631 nəfər müalicə olunaraq sağalıb.

Qeyd olunub ki, koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin 66 faizi yaşı 65-dən yuxarı olan ölkə vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi