Əlcəzairdə iki qatar toqquşub, 40 nəfər yaralanıb - VİDEO

Əlcəzairdə iki qatar toqquşub, 40 nəfər yaralanıb - VİDEO İki nəfər hələ də, qatarlardan çıxarılmayıb
Digər ölkələr
24 Sentyabr , 2016 21:48
Əlcəzairdə iki qatar toqquşub, 40 nəfər yaralanıb - VİDEO

Bakı. 24 sentyabr. REPORT.AZ/ Əlcəzairin şimalında iki dəmiryolu qatarının toqquşması nəticəsində ən azı 40 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli "TSA Algerie" xəbər portalı məlumat yayıb.

Bildirilir ki, insident Bumerdes şəhərində baş verib. Milli dəmiryol şirkətindən qeyd olunub ki, bir istiqamətdə hərəkət edən iki sərnişin qatarı toqquşub.

Məlumata görə, iki nəfər hələ də qatarlardan çıxarılmayıb.

Son xəbərlər

Orphus sistemi