Əlcəzairdə hərbi vertolyotun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub

Əlcəzairdə hərbi vertolyotun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub Vertolyot Böyük Səhrada kəşfiyyat missiyası zamanı qəzaya uğrayıb
Digər ölkələr
28 Mart , 2016 08:42
Əlcəzairdə hərbi vertolyotun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub

Bakı. 28 mart. REPORT.AZ/ Əlcəzairdə hərbi vertolyotun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub, daha 2 nəfər isə ağır yaralanıb. "Report" xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Müdafiə Nazirliyinə istinadən "Associated Press" agentliyi məlumat verib.

Vertolyot Böyük Səhrada, Adrar və Reqqan şəhərləri arasında kəşfiyyat missiyası yerinə yetirən zaman qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəzaya texniki nasazlıq səbəb olub.

Qəza faktı üzrə istintaq başladılıb.

Son xəbərlər

Orphus sistemi