Əlcəzairdə etirazlar zamanı 183 nəfər yaralanıb

Əlcəzairdə etirazlar zamanı 183 nəfər yaralanıb Bakı. 3 mart. REPORT.AZ/ Cümə günü Əlcəzairdə keçirilən etiraz aksiyaları zamanı 183 nəfər xəsarət alıb.
Digər ölkələr
3 Mart , 2019 04:55
Əlcəzairdə etirazlar zamanı 183 nəfər yaralanıb

Bakı. 3 mart. REPORT.AZ/ Cümə günü Əlcəzairdə keçirilən etiraz aksiyaları zamanı 183 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyinə istinadən yerli APS agentliyi məlumat yayıb.

"TSA Algerie" portalının məlumatına görə, ölkə üzrə Əbdüləziz Buteflikanın beşinci prezidentlik müddətinə qarşı keçirilən etiraz aksiyalarında 800 minə yaxın insan iştirak edib.

Şənbə günü "Al Mayadeen" telekanalı Buteflikanın İsveçrədə son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini xəbər verib.

Son xəbərlər

Orphus sistemi