Əlcəzairdə erkən parlament seçkiləri keçiriləcək

Əlcəzairdə erkən parlament seçkiləri keçiriləcək ​​​​​​​Əlcəzairin Milli Xalq Məclisi buraxılıb
Digər ölkələr
19 Fevral , 2021 02:16
Əlcəzairdə erkən parlament seçkiləri keçiriləcək

Əlcəzairin prezidenti Abdülməcid Təbbun xalqa müraciətində Milli Xalq Məclisinin (ölkə parlamentinin aşağı palatası - Red) buraxıldığını elan edib.

“Report”un məlumatına görə, bu barədə “TSA” portalı xəbər verib.

Eyni zamanda, dövlət başçısı erkən parlament seçkilərinin təşkilini bəyan edib.

Bundan əlavə, Tebbun növbəti 48 saat ərzində Nazirlər Kabinetində dəyişikliyin ediləcəyi anonsunu verib.

Son xəbərlər

Orphus sistemi