Əlcəzair prezidenti: “Makronun məsuliyyətsiz açıqlaması ilə əlaqədar səfirimiz geri çağırdım”

Əlcəzair prezidenti: “Makronun məsuliyyətsiz açıqlaması ilə əlaqədar səfirimiz geri çağırdım” Əlcəzairin dövlət başçısı Əbdülməcid Tebbun bildirib ki, Fransa prezidenti Emmanuel Makronun məsuliyyətsiz bəyanatlarından sonra ölkənin Fransadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Digər ölkələr
158
3 Oktyabr , 2021 10:42
Əlcəzair prezidenti: “Makronun məsuliyyətsiz açıqlaması ilə əlaqədar səfirimiz geri çağırdım”

Əlcəzairin dövlət başçısı Əbdülməcid Tebbun bildirib ki, Fransa prezidenti Emmanuel Makronun məsuliyyətsiz bəyanatlarından sonra ölkəsinin Parisdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

“Report” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin rəsmi saytında qeyd edilib.

"Səfiri Parisdən geri çağırmaq qərarı Fransa prezidenti tərəfindən məsuliyyətsiz bəyanatlarla əlaqədar qəbul edilib", - xəbərdə deyilir.

“Le Monde” qəzetinin məlumatına görə, Fransa prezidenti Əlcəzairin tarixinin tamamilə yenidən yazıldığını iddia edib.

Tebbun vurğulayıb ki, Əlcəzair onun daxili işlərinə istənilən müdaxilənin qəti əleyhinədir.

Son xəbərlər

Orphus sistemi