Əlcəzair Mərakeşlə diplomatik əlaqələrə son qoyduğunu bəyan edib

Əlcəzair Mərakeşlə diplomatik əlaqələrə son qoyduğunu bəyan edib Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra ölkəsinin Mərakeşlə diplomatik əlaqələri kəsmək qərarına gəldiyini açıqlayıb.
Digər ölkələr
24 Avqust , 2021 20:51
Əlcəzair Mərakeşlə diplomatik əlaqələrə son qoyduğunu bəyan edib

Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra ölkəsinin Mərakeşlə diplomatik əlaqələri kəsmək qərarına gəldiyini açıqlayıb.

Bu barədə "Report" Reuters-ə istinadən xəbər verir.

Ramtan Lamamra əlavə edib ki, Mərakeş Əlcəzairə qarşı "düşmənçilik hərəkətləri" nümayiş etdirir.

Əlcəzair və Mərakeş arasındakı fikir ayrılığı Şimali Afrikada mübahisəli ərazi olan Qərbi Sahara problemi ilə bağlıdır.

19-cu əsrin sonunda Afrikanın müstəmləkə bölgüsü zamanı ərazi İspaniyaya keçib. Mərakeş müstəqillik qazandıqdan sonra Qərbi Saharaya iddia irəli sürüb. 1975-ci ildə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi ərazinin heç bir dövlətə aid olmadığı qənaətinə gəlib.

2020-ci il noyabrın 14-də Mərakeş Qərbi Saharanı birləşdirmək üçün hərbi əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi