Yuxarı

"Əl-Şabab" terror qruplaşması Donald Trampın fikirlərini şərh edib

Əl-Şabab qruplaşması ilk dəfə olaraq öz təbliğatında amerikalı milyarderin fikirlərinə yer verib

Bakı. 3 yanvar. REPORT.AZ/ Yeni video yayımlayan "Əl-Şabab" terror qruplaşması ABŞ-da polisin pis rəftarına və prezidentliyə namizəd Donald Trampın müsəlmanların ABŞ-a buraxılmaması çağırışına diqqət çəkib.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Somalidə fəaliyyən göstərən "Əl-Şabab" qruplaşması ilk dəfə olaraq öz təbliğatında amerikalı milyarderin fikirlərinə yer verib.

Xatırladaq ki, AŞD-da prezidentliyə namizəd Hillari Klinton keçən ay bəyan etmişdi ki, "İŞİD" qruplaşması Donald Trampın İslamı və Müsəlmanları təhqir etməsindən istifadə edərək öz tərəflərinə yeni radikal cihadçı qüvvələr cəlb etməyə çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi