​"Əl-Qaidə" terrorçuları Yəməndə bin-Ladenin atasının vətəninə basqın ediblər

​"Əl-Qaidə" terrorçuları Yəməndə bin-Ladenin atasının vətəninə basqın ediblər Onlar şəhərdəki həbsxanadan yüzlərlə məhbusu buraxıblar
Digər ölkələr
2 Aprel , 2015 09:45
​Əl-Qaidə terrorçuları Yəməndə bin-Ladenin atasının vətəninə basqın ediblər

Bakı. 2 aprel. REPORT.AZ/ "Əl Qaidə"nin Yəməndəki qolu ölkənin cənub-şərqində, Xadramaut əyalətinin mərkəzi əl-Mükəllə şəhərinə basqın zamanı oradakı həbsxanadan məhbusları azadlığa buraxıblar.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Xəbərdə bildirilib ki, həbsxanadan yüzlərlə məhbus buraxılıb.

"Əl-Qaidə"nin yaradıcısı sayılan Usamə bin-Ladenin atası Xadramautda anadan olub. Bu şəhərdə həmin terrorçu təşkilatın tərəfdarlarının çox olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi