Liviyada silahlılar tərəfindən girov götürülmüş BMT missiyasının əməkdaşları azad edilib - YENİLƏNİB-2

Liviyada silahlılar tərəfindən girov götürülmüş BMT missiyasının əməkdaşları azad edilib - YENİLƏNİB-2 "Onlar azad ediliblər və hazırda təhlükəsiz şəraitdə Mitiqa hava limanına göndərilirlər" – deyə prezident qvardiyasının nümayəndəsi bildirib
Digər ölkələr
28 İyun , 2017 22:52
Liviyada silahlılar tərəfindən girov götürülmüş BMT missiyasının əməkdaşları azad edilib - YENİLƏNİB-2

Bakı. 28 iyun. REPORT.AZ/ Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində silahlılar tərəfindən girov götürülmüş BMT missiyasının 7 əməkdaşı azad edilib.

"Report"un məlumatına görə, bu barədə "Agence France Presse" Tripolinin prezident qvardiyasının nümayəndəsi Nəcmi ən-Nakuaya istinadən xəbər verib.

"Onlar azad ediliblər və hazırda təhlükəsiz şəraitdə Mitiqa hava limanına göndərilirlər" – deyə ən-Nakua agentliyə bildirib. 

Qeyd edək ki, insident paytaxt Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zaviyə yaşayış məntəqəsində baş verib. BMT-nin missiyasının üzvlərini oğurlayanlar Səudiyyə Ərəbistanında həbs edilmiş tərəfdarlarının azad edilməsini tələb edirdilər.


***22:17

Liviyada BMT-nin missiyasının üzvlərini oğurlayanlar öz tələblərini irəli sürüblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, silahlılar Səudiyyə Ərəbistanında həbs edilmiş tərəfdarlarının azad edilməsini tələb ediblər.

Məlumatda bildirilir ki, radikallar BMT-nin Ali Komissarının Qaçqınlar üzrə İdarəsinin 7 üzvünü oğurlayıblar. BMT üzvləri Tunisdən Liviyanın Əz-Zaviyə şəhərinə qeyri-leqal miqrantların saxlanıldığı mərkəzə yoxlama üçün göndəriliblər. Burada isə oğurlanıblar. Onların arasında əcnəbilər də var.


***20:03

"Əl-Qaidə" terror qruplaşmasının silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb.

"Report"un məlumatına görə, bu barədə "Sky News" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, insident paytaxt Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zaviyə yaşayış məntəqəsində baş verib.

Girov götürülən şəxsin adı və hadisənin təfərrüatları açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi