Bakı. 30 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqın qərbində yerləşən Əl-Fəlluca şəhəri yaxınlığına endirdiyi aviazərbələr zamanı ən azı 250 İŞİD terrorçusu məhv edilib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın hökumət nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.
İlkin qiymətləndirmələrə görə, çərşənbə günü yaraqlıların olduğu əraziyə endirilən havadan zərbələr zamanı, həmçinin onların ən azı 40 nəqliyyat vasitəsi zərərsizləşdirilib.