Əl-Əqsa məscidinə nəzarət kameraları yerləşdirilə bilər

Əl-Əqsa məscidinə nəzarət kameraları yerləşdirilə bilər "Müqəddəs yerə nəzarət kameralarının yerləşdirilməsi hər bir tərəfin maraqlarına xidmət etmiş olar"
Digər ölkələr
25 Oktyabr , 2015 18:20
Əl-Əqsa məscidinə nəzarət kameraları yerləşdirilə bilər

Bakı. 25 oktyabr. REPORT.AZ/ İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, yəhudilər üçün Məbəd dağı, müsəlmanlar üçün isə Əl-Əqsa məscidi kimi tanınan müqəddəs yerə nəzarət kameralarının yerləşdirilməsi hər bir tərəfin maraqlarına xidmət etmiş olar.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Netanyahu, Nazirlər kabinetinin iclasında deyib ki, bu addım həm İsrailin qaydaları dəyişərək müsəlmanların orada ibadət etməsinin qarşısını almağa çalışdığı iddialarını rədd etməyə, həm də provokasiyalarının həqiqətən haradan qaynaqlandığını göstərməyə kömək edər.

Son bir neçə həftədə 10 israillinin və 50 fələstinlinin ölümündən sonra bölgədə gərginlik artıb.

Bu gün həmçinin İsrail ordusu bildirib ki, İordan çayının Qərb Sahilində fələstinli bıçaq zərbəsi endirərək bir israillini yüngül yaralayıb. Daha sonra fələstinin hadisə yerindən qaçdığı bildirilir.

Son xəbərlər

Orphus sistemi