Yuxarı
    Bağlamaq

    ​Əl-Əksa məscidi qarşısında müsəlmanlarla polis arasında toqquşma olub

    Nəticədə onlarla fələstinli yaralanıb

    Bakı. 18 sentyabr. REPORT.AZ/ İsrail hakimiyyətinin Qüdsün Əl-Əksa məscidində Cümə namazı öncəsi gördüyü sərt tədbirlər iğtişaşlara səbəb olub.

    "Report" xəbər verir ki, namaz vaxtı məscidə yalnız yaşı 40-dan yuxarı olan dindarlar buraxılıb.

    Gənclər buna cavab olaraq polis kordonuna hücum etməyə cəhd göstəriblər.

    Məlumata görə, Bab-Amud məhəlləsində kütləni dağıtmaq üçün səs qumbarası və gözyaşardıcı qaz tətbiq olunub.

    Həmçinin qeyd olunur ki, qədim şəhər tam olaraq təcrid edilib, onun küçələrində atlı polislər keşik çəkir.

    Məscidin ərazisində İsrailin asayiş keşikçiləri ilə davam edən toqquşmalar nəticəsində onlarla fələstinli yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi