Ekvadorda zəlzələ qurbanlarının sayı 587 nəfərə çatıb

Ekvadorda zəlzələ qurbanlarının sayı 587 nəfərə çatıb Onların arasında 20 nəfər əcnəbi var
Digər ölkələr
22 Aprel , 2016 05:23
Ekvadorda zəlzələ qurbanlarının sayı 587 nəfərə çatıb

Bakı. 22 Aprel. REPORT.AZ/ Ekvadorun Baş Prokurorluğu aprelin 16-da ölkədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayının 587 nəfərə çatdığını bəyan edib.

“Report” xəbər verir ki, daha çox insan itkisi Manta şəhərində qeydə alınıb - 174 nəfər.

Bundan əlavə Pedernales şəhərində 172, Portovyexoda isə 116 nəfərin meyiti tapılıb.

Eyni zamanda, son məlumatlara görə, ölənlərdən 20 nəfəri xarici ölkələrin, o cümlədən Kolumbiya, Kuba, Dominikan Respublikası, Böyük Britaniya, İrlandiya, Kanada, İtaliya və Almaniya vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi