​Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 570 nəfərə çatıb - YENİLƏNİB

​Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 570 nəfərə çatıb - YENİLƏNİB Daha 163 nəfər itkin düşmüş hesab olunur
Digər ölkələr
21 Aprel , 2016 04:14
​Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 570 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 21 aprel. REPORT.AZ/ Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 570 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Rafael Korreanın səsləndirdiyi rəqəmlərə istinadən "Associated Press" məlumat yayıb.

Prezidentin sözlərinə görə, 526 nəfərin şəxsiyyəti müəyyənləşib. Dövlət başçısı qeyd edib ki, təbii fəlakət nəticəsində ümumilikdə 7 mindən çox insan yaralanıb, daha 163 nəfər itkin düşmüş hesab olunur.

***22:29

Bakı. 20 aprel. REPORT.AZ/ Ekvadorda güclü zəlzələ nəticəsində ölənlərin sayı 553 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bunadək ölənlərin 525 nəfər olduğu bildirilirdi.

Ekvadorda 7,8 bal gücündə dağıdıcı zəlzələ aprelin 16-sı axşam saatlarında baş verib.

Son xəbərlər

Orphus sistemi