Yuxarı

​Ekvadorda növbəti dəfə 5,6 bal gücündə zəlzələ baş verib

Yeraltı təkanların davam etdiyi bildirilir.

Bakı. 23 aprel. REPORT.AZ/Ekvador sahillərində növbəti dəfə 5,6 bal gücündə zəlzələ baş verib. "Report"un məlumatına görə, zəlzələnin episentri Mompiç şəhərindən 30 kilometr şimal qərbdə, paytaxtdan 220 kilometr qərbdə yerləşib.

Zəlzələ ocağının dərinliyi 40 kilometr təşkil edib. Ölən və yaralananlar, dağıntılar haqqında məlumat yoxdur.

Ekvadorda aprelin 16-da baş vermiş güclü zəlzələdən sonra yeraltı təkanların ümumi sayı 714-ə çatıb. Bu barədə isə Cənubi Amerika ölkələrinin Geofizika İnstitutunun rəhbəri Mario Ruis məlumat verib. Yeraltı təkanların davam etdiyi bildirilir. 

1979-cu ildən bu günə kimi ən güclü seysmik hadisə kimi aprelin 16-da baş vermiş zəlzələ nəticəsində 602 nəfər dünyasını dəyişib. 7,8 bal gücündə olmuş zəlzələnin episentri ölkənin şimal-qərbindəki Pedernales şəhərində yerləşib. Zəlzələ nəticəsində 12,5 min insan zərər çəkib.

Ölkəyə dəyən zərərin miqyası milyardlarla dollar ölçülür. BMT və Ekvador hökuməti dünya ictimaiyyətinə müraciət edərək, zəlzələ zamanı zərər çəkmiş şəxslərə yardım məqsədilə 72,7 milyon dollar kömək istəyib. Bu barədə hökumətin rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi