Yuxarı
    Bağlamaq

    ​Ekvadorda vulkan püskürməsi səbəbindən fövqəladə vəziyyət elan olunub

    Yaxınlıqdakı kəndlərin əhalisi təxliyə edilir

    Bakı. 16 Avqust. REPORT.AZ/ Ekvador prezidenti Rafael Korrea Katopaxi vulkanının püskürdüyü ərazidə fövqəladə vəziyyət elan edib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə o, xalqa həftəlik müraciətində bildirib.

    "Biz Katopaxi vulkanının qeyri-adi fəallığını diqqətə alaraq, fövqəladə vəziyyət rejimi elan edirik", – deyə Korrea vurğulayıb.

    Ekvadorun paytaxtı Kito yaxınlığında yerləşən vulkan 70 il ərzində ilk dəfə olaraq fəallıq nümayiş etdirməyə başlayıb. Onun kraterindən havaya atılan külün hündürlüyü 5 km-i ötüb.

    Hakimiyyət artıq yaxınlıqdakı kəndlərin əhalisini təxliyə etməyə başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi