Ekvadorda torpaq sürüşməsi nəticəsində 71 nəfər itkin düşüb

Ekvadorda torpaq sürüşməsi nəticəsində 71 nəfər itkin düşüb Ekvadorun mərkəzindəki Alausi şəhərində baş verən sürüşmə nəticəsində itkin düşənlərin sayı 71 nəfərə çatıb.
Digər ölkələr
29 Mart , 2023 04:08
Ekvadorda torpaq sürüşməsi nəticəsində 71 nəfər itkin düşüb

Ekvadorun mərkəzindəki Alausi şəhərində baş verən sürüşmə nəticəsində itkin düşənlərin sayı 71 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Yenilənmiş məlumata görə, 8 nəfərin ölümü təsdiqlənib: “30 nəfər yaralanıb, 71 nəfər itkin düşüb, 32 nəfər xilas edilib”, - idarənin tvitterdəki səhifəsində yayılan hesabatda deyilir.

Martın 27-nə keçən gecə baş verən təbii fəlakət zonasında 500 nəfər olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi 163 evin dağıldığını və ya zərər gördüyünü bildirib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Son xəbərlər

Orphus sistemi