Bakı. 15 dekabr. REPORT.AZ/ Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə "El Comercio" nəşri yazıb.
Bildirilir ki, hadisə ölkənin cənub-şərqində baş verib. Yüksək sürətlə hərəkət edən avtobus yolun kənarında dayanmış bir neçə avtomobilə çırpılaraq aşıb. Qəza zamanı 5 nəfər hadisə yerindəcə həlak olub, daha 38 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Qəzanın səbəbləri araşdırılır. İlkin versiyaya görə, hadisəyə səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub.

