Bakı. 25 mart. REPORT.AZ/ Ekvadorda sərnişin avtobusu qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" ölkənin Nəqliyyat İşləri üzrə Milli Komissiyasına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Manabi vilayətində qeydə alınıb. Belə ki, avtobus yolun döngəli hissəsində aşıb. Nəticədə 12 nəfər ölüb, 18 nəfər yaralanıb.
Yerli mətbu orqanlardan bəziləri yaralıların sayının 25 nəfər olduğunu bildirib.
Qeyd edilir ki, qəzanın baş verdiyi döngə "ölüm döngəsi" adlanır.