Ekvadorda prezidentliyə namizədi öldürənlər saxlanılıb, hamısı başqa ölkənin vətəndaşlarıdır

Ekvadorda prezidentliyə namizədi öldürənlər saxlanılıb, hamısı başqa ölkənin vətəndaşlarıdır Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlinə görə saxlanılanların hamısı başqa ölkənin vətəndaşlarıdır.
Digər ölkələr
11 avqust 2023 04:17
Ekvadorda prezidentliyə namizədi öldürənlər saxlanılıb, hamısı başqa ölkənin vətəndaşlarıdır

Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlinə görə saxlanılanların hamısı başqa ölkənin vətəndaşlarıdır.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, istintaq tədbirləri nəticəsində polis Konokoto sektorunda və şəhərin cənubunda bir neçə ünvanda axtarışlar aparıb. Nəticədə 6 nəfər saxlanılıb, onların hamısı başqa ölkənin vətəndaşıdır.

Daxili İşlər Nazirliyinin bəyanatında saxlanılanların vətəndaşlığı dəqiqləşdirilməyib.

“El Tiempo” qəzetinin məlumatına görə, şübhəlilərin hamısı Kolumbiya vətəndaşlarıdır. Nəşrin məlumatına görə, onlardan ən azı biri artıq qətl və narkotik alverinə görə mühakimə olunub.

Son xəbərlər

Orphus sistemi