Ekvadorda prezident seçkilərində sabiq bankir qalib gəldi

Ekvadorda prezident seçkilərində sabiq bankir qalib gəldi Ekvadorda seçki bülletenlərinin 97,6%-dən çoxunun hesablanmasına əsasən sabiq banker, sağ mərkəzçi "KREO Hərəkatını" təmsin edən Gilyermo Lasso ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda 52,5% səs toplayıb, onun rəqibi Andres Arausa isə seçici
Digər ölkələr
12 Aprel , 2021 08:04
Ekvadorda prezident seçkilərində sabiq bankir qalib gəldi
Gilyermo Lasso

Ekvadorda seçki bülletenlərinin 97,6%-dən çoxunun hesablanmasına əsasən sabiq bankir, sağ mərkəzçi "KREO Hərəkatı"nı təmsil edən Gilyermo Lasso ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda 52,5% səs toplayıb, onun rəqibi Andres Arausa isə seçicilərin 47,5%-i səs verib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Sol mərkəzçi "Ümid naminə İttifaq" koalisiyasını təmsil edən Andres Araus prezident seçkilərində məğlubiyyətini eitraf edib. Siyasətçinin bəyanatı onun feysbukdakı səhifəsində translyasiya edilib.

"Bu, seçkilərdə uğursuzluqdur, amma heç bir halda siyasi və ya mənəvi məğlubiyyət deyil”, - Araus bildirib. “Bu mətbuat konfransından sonra Gilyermo Lassoya zəng vuracam və onu seçkilərdə qələbə münasibətilə təbrik edəcəyəm", - deyə o əlavə edib.

Sabiq bankir, sağ mərkəzçi "KREO Hərəkatı"nı təmsil edən Gilyermo Lasso özünün seçki qərargahının nümayəndələri ilə görüşündə seçkilər gününün "tarixi" olduğunu bildirib. "Ekvadorlular səsvermələri ilə dəyişikliklər zərurətini və hamı üçün ən yaxşı gün arzularını ifadə etdilər", - deyə siyasətçi qeyd edib.

Artıq Kolumbiya prezidenti İvan Duke Ekvadorda prezident seçkilərinin ikinci turunda qələbə münasibətilə Lassonu təbrik edib.

Qeyd edək ki, bazar günü Ekvadorda prezident seçkilərinin ikinci turu keçirilib. Seçki bülletenlərinin 97%-nin hesablanmasının nəticəsinə görə Lasso 52,51% səs toplayıb. Onun rəqibi Andres Arausa seçicilərin 47,49%-i dəstək verib. Sonuncu artıq öz məğlubiyyətini etiraf edib.

Son xəbərlər

Orphus sistemi