Ekvadorda özəl telekanalın ofisində partlayış törədilib

Ekvadorda özəl telekanalın ofisində partlayış törədilib Ekvadorun Quyakil şəhərində “Teleamazonas” özəl telekanalının mərkəzi ofisində partlayış törədilib.
Digər ölkələr
1 İyun , 2020 11:08
Ekvadorda özəl telekanalın ofisində partlayış törədilib

Ekvadorun Quyakil şəhərində “Teleamazonas” özəl telekanalının mərkəzi ofisində partlayış törədilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

“Teleamazonas”ın Quayakildəki ofisinə partlayıcı qurğu vasitəsi ilə hücum edilib. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, dağıntılar var və şirkətə maddi ziyan dəyib.

Bu telekanal Ekvadorda populyar informasiya vasitəsi sayılır və ölkədə baş verən korrupsiya halları barədə məlumatlar, araşadırmalar hazırlayır.

“Bizi heç bir hədə yolumuzdan çəkindirə bilməz. Biz ölkədə baş verən korrupsiya hallarını araşdırmağı və bu barədə məlumatları yaymağı davam etdirəcəyik. Bu, informasiya vasitəsi hüquqi dövlətin aliliyini əsas götürərək, Ekvador cəmiyyətinə sədaqətini qoruyacaq və ifadə azadlığından istifadə edəcək”, - televiziyanın yaydığı açıqlamada bildirilib. 

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. 

Quayas əyalətin qurbenatoru Pedro Pablo Duart hücumu “zorakılıq aktı” adlandırıb: “Korrupsionerlər ədalət məhkəməsinin əlinə düşəcəklərindən qorxararaq zorakılıq aktına əl atırlar”.

Son xəbərlər

Orphus sistemi