Ekvadorda Lenin Morenonun seçkilərdə qalib gəlməsindən sonra etirazlar baş qaldırıb

Ekvadorda Lenin Morenonun seçkilərdə qalib gəlməsindən sonra etirazlar baş qaldırıb Məğlub olan namizəd Gilyermo Lasso insanları küçəyə axışmağa çağırıb
Digər ölkələr
3 Aprel , 2017 11:40
Ekvadorda Lenin Morenonun seçkilərdə qalib gəlməsindən sonra etirazlar baş qaldırıb
Reuters

Bakı. 3 aprel. REPORT.AZ/ Ekvadorda dünən keçirilmiş prezident seçkilərində səslərin 96%-nin hesablanmasından sonra narahatlıq yaranıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, keçmiş vitse-prezident Lenin Moreno mühafizəkar Gilyermo Lassonu bir neçə faiz qabaqlayıb və bundan sonra məğlub namizəd insanları küçəyə axışmağa çağırıb.

G.Lassonun fikrincə, rəqibi inzibati resurslardan və saxta bülletenlərdən istifadə edib. "Gəlin dinc, amma qəti addım ataq. Küçələrə çıxıb "mənim səsimi oğurlamaq olmaz!" deməlisiniz. Çünki Ekvadora dəyişikliklər lazımdır", - siyasətçi yazıb.

Qeyd edək ki, son hesablamalara görə, Lenin Moreno seçicilərin səslərinin 51, Gilyermo Lasso isə 49 faizini qazanıb.

Ekvador Seçki Şurası hələ qalibin adını elan etməyib. Lakin hazırkı prezident Rafael Korrea artıq "Twitter"də yazıb ki, Morenonun qələbə qazanacağını göstərən tendensiyalar müşahidə olunur və buna nümunə kimi səslərin sayındakı fərqin 200 mini ötməsini göstərib.

Qeyd edək ki, Ekvadorda seçkilərdə kimin qələbə qazanması, həm də "WikiLeaks"in qurucusu Culian Assanjın taleyini müəyyən edəcək. Belə ki, o, 6 ildir Ekvadorun Londondakı səfirliyində yaşayır və oranı tərk etmir. G.Lasso isə qələbə qazanacağı təqdirdə 30 gün ərzində Assanjı səfirlikdən çıxaracağına söz verib.

Son xəbərlər

Orphus sistemi