Ekvadorda koronavirusa yoluxanların sayı 45 mini ötüb

Ekvadorda koronavirusa yoluxanların sayı 45 mini ötüb Ekvador Səhiyyə Nazirliyi koronavirusla bağlı son statistik göstəriciləri açıqlayıb.
Digər ölkələr
12 İyun , 2020 05:15
Ekvadorda koronavirusa yoluxanların sayı 45 mini ötüb

Ekvador Səhiyyə Nazirliyi koronavirusla bağlı son statistik göstəriciləri açıqlayıb.

“Report”un məlumatına görə, ölkədə koronavirus infeksiyasına 642 yeni yoluxma faktı qeydə alınıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 48 nəfər vəfat edib.

Qeyd olunub ki, Ekvadorda ümumilikdə 45 082 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 930 nəfər müalicə olunaraq sağalıb, 3 768 nəfər vəfat edib.

Ən çox Quayakil (9 901) və paytaxt Kito (4 549) şəhərlərində koronavirusa yoluxma halı qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi