Ekvadorda həbsxana qiyamında 6 nəfər ölüb

Ekvadorda həbsxana qiyamında 6 nəfər ölüb Cəzaçəkmə müəssisəsi rəhbərliyinin nümayəndələrinin sözlərinə görə, iğtişaşlar zamanı məhkumlar qaçmağa cəhd etməyiblər.
Digər ölkələr
7 Dekabr , 2020 13:02
Ekvadorda həbsxana qiyamında 6 nəfər ölüb
0 : 00
0 : 00

Ekvadorun şimal-qərbdəki Esmeraldas əyalətindəki həbsxanada baş verən qiyam zamanı azı 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.

İslah müəssisəsindəki iğtişaşlar təsir dairələri uğrunda mübarizə aparan iki rəqib qruplaşma tərəfindən təşkil edilib. Həbsxanada asayişi bərpa etmək üçün polisin xüsusi bölməsini cəlb etmək lazım gəlib.

Cəzaçəkmə müəssisəsi rəhbərliyinin nümayəndələrinin sözlərinə görə, iğtişaşlar zamanı məhkumlar qaçmağa cəhd etməyiblər.

Son xəbərlər

Orphus sistemi