Ekvadorda etirazçılar daha iki neft yatağını ələ keçirib

Ekvadorda etirazçılar daha iki neft yatağını ələ keçirib Ekvadorun Petroamazonas dövlət şirkəti etirazçıların daha iki neft yatağını ələ keçirmələrindən sonra bu quyularda işini dayandırıb.
Digər ölkələr
9 Oktyabr , 2019 06:59
Ekvadorda etirazçılar daha iki neft yatağını ələ keçirib

Ekvadorun "Petroamazonas" dövlət şirkəti etirazçıların daha iki neft yatağını ələ keçirmələrindən sonra bu quyularda işini dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika və Bərpa Olunmayan Resurslar Nazirliyi məlumat yayıb.

"Nazirlik bildirir ki, Orelyana əyalətindəki 44-cü və 18-ci neft bloklarında işlər kənar şəxlərə görə dayandırılıb", - xəbərdə deyilir.

İdarənin məlumatına görə, təxminən 30 etirazçı zorla 44-cü blokun ərazisinə girib və "Petroamazonas"ın əməkdaşlarına 15 quyuda işi dayandırmağa məcbur ediblər.

Nazirlik bildirib ki, 18-ci blokun tutulmasında təxminən 60 nəfər iştirak edib. Onlar elektrik stansiyalarının və 30 quyunun işini dayandırmasını tələb ediblər. Obyektlərin tutulması vaxtı "Petroamazonas"un əməkdaşları xəsarət almayıblar.

Dövlət şirkəti ümumilikdə beş yataqda işlərini dayandırıb. Bazar ertəsi etirazçılar 60, 5761-ci blokları tutublar. 

Son xəbərlər

Orphus sistemi