Ekvadorda donuz qripindən onlarla insan ölüb

Ekvadorda donuz qripindən onlarla insan ölüb Bakı. 23 yanvar. REPORT.AZ/ Donuz qripi adlandırılan H1N1 virusu Ekvadorda son iki ayda 22 nəfərin həyatına son qoyub.
Digər ölkələr
23 Yanvar , 2018 04:43
Ekvadorda donuz qripindən onlarla insan ölüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Donuz qripi adlandırılan "H1N1" virusu Ekvadorda son iki ayda 22 nəfərin həyatına son qoyub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, noyabrın 19-dan yanvarın 20-dək qripin müxtəlif növləri demək olar, 500 nəfərdə aşkarlanıb. Onların 411-i məhz donuz qripinə yoluxub.

Xəstəliklərdən ümumilikdə 23 nəfər ölüb. Lakin onların 22-i məhz donuz qripindən vəfat edib.

"Comercio" portalının xəbərinə görə, 700 min insan peyvənd edilib. Səhiyyə Nazirliyinin ehtiyatında hələ 3,9 milyon peyvənd var.

Xatırladaq ki, donuz qripi adlandırılan H1N1 virusu ilk dəfə 2009-cu ildə Meksikada aşkarlanıb. 2009-2010-cu illərdəki birinci epidemiyada dünyada bir neçə min insan bu virusun qurbanı olub.

Son xəbərlər

Orphus sistemi