Yuxarı
    Bağlamaq

    ​Ekvadorda daşqınlar nəticəsində dörd nəfər ölüb, dörd nəfər itkin düşüb

    Ayyurikin yaşayış məntəqəsində 80 ev dağılıb

    Bakı. 27 aprel. REPORT.AZ/ Ekvadorda Damas çayının daşması nəticəsində ən azı dörd nəfər dünyasını dəyişib. "Report"un məlumatına görə, daşqın nəticəsində daha dörd nəfər itkin düşdüyü bildirilir. 

    Ayyurikin yaşayış məntəqəsində 80 ev dağılıb. Aloaq və Santo-Dominqo şəhərləri arasındakı tunelin bağlanması ilə əlaqədar bir neçə avtomobilin yolu kəsilib.

    Təbii fəlakət bu yaxınlarda baş vermiş zəlzələdən zərər çəkənlərə baş çəkmək məqsədilə Santo-Dominqo-de-los-Tsaçilas əyalətinə səfər etmək istəyən ölkə prezidenti Rafael Korreanı planlarına dəyişiklik etməyə məcbur edib. Dövlət başçısı Ayyurikinə gələrək zərər çəkmiş şəxslərlə görüşüb və onlara öz dəstəyini ifadə edib.

    Doris Merino əyalətinin qubernatorunun sözlərinə görə, daşqınlar nəticəsində Ayyurikinin bütün infrastrukturunun 45 faizinə ziyan dəyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi