Bakı. 19 mart. REPORT.AZ/ Ekvadora artıq bir neçə həftədir yağan güclü yağışlar və baş verən daşqınlar nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı şənbə günü yerli “El Comercio” qəzeti yayıb.
Ölkə prezidenti Rafael Korreanın təqdim etdiyi hesabata istinad edən qəzet, həmçinin məlumat verib ki, 123 yaşayış evi təbii fəlakət nəticəsində dağılıb. Daşqınlar və sürüşmə 6 min ailəyə ziyan vurub. 276 nəfər müvəqqəti sığınacağa yerləşdirilib, daha mindən çox insan evsiz qalıb, lakin öz qohumlarıgilə yerləşib. Daha çox Manabi, Quayas, Napo, El-Oro və Los-Rios kimi əyalətlər zərər çəkib.